Xəbər lenti

Balıq bazarında qiymətlər (VİDEO)
Ölkə18:59 04.11.2017

Balıq bazarında qiymətlər (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Havaların soyuması balıq bazarında canlanmaya səbəb olub. "Qaynarinfo" "Xəzər TV"yə istinadən xəbər verir ki, son vaxtlar balığa tələbat artıb.
Satıcıların sözlərinə görə, satışda olan balıqların əksəriyyəti çay və dəniz balıqlarıdır. Bəzi hallarda isə göl balıqları da satışa çıxarılır.
Əvvəlki aylara nisbətən balığın qiyməti nisbətən aşağı düşüb. Növünə görə qiyməti 2-12 manat arasında dəyişir.
Balığın böyüklüyü də qiymətə təsir edir. Nisbətən böyük balıqlar daha baha qiymətə satılır.
Satıcılar deyirlər ki, bazara daha çox balıq daxil olarsa, qiymətlər də aşağı düşə bilər.
Qaynarinfo.Az