Xəbər lenti

Balotelli Azərbaycanla oyuna çıxmayacaq
İdman08:10 07.10.2014

Balotelli Azərbaycanla oyuna çıxmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İtaliya milli komandasının baş məşqçisi Antonio Konte Mario Balotellini Avro-2016-nın seçmə mərhələsində qarşılaşacaqları yığmamızla oyuna çağırmamasının səbəbini açıqlayıb.

İtaliya mətbuatının verdiyi məlumata görə, təcrübəli mütəxəssis bunu "Liverpul"un hücumçusunun hazırda istənilən formada olmaması ilə əlaqələndirib: "Balotelli İngiltərədə yeni macəraya başladı. "Liverpul"a uyğunlaşması üçün zamana ehtiyacı olduğunu düşünürəm. Onu yaxından izləyirik. Ayrı-seçkilik etmədim. Sadəcə seçimim belə oldu. Qraziano Pelleyə gəldikdə isə o, son iki mövsümdə 50 qol vurmaqla millidə oynamağa haqq qazandı. Onun Hollandiya çempionatından sonra İngiltərə premyer-liqasında da ulduzu parlayır".

Qeyd edək ki, Avro-2016-nın seçmə mərhələsində oktyabrın 10-da evdə millimizlə qarşılaşacaq İtaliya yığması 3 gün sonra səfərdə Maltanın qonağı olacaq. //musavat.com