Xəbər lenti

Balqabaq festivalı - Nəhəng bitkiləri kranla qaldırdılar
Ölkə16:08 04.10.2016

Balqabaq festivalı - Nəhəng bitkiləri kranla qaldırdılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın Kaliforniya ştatında ənənəvi balqabaq festivalı maraqlı anlarla yadda qalıb. Yazın əvvəlindən bu tədbirə hazırlaşan kəndlilər becərdikləri nəhəng balqabaqlarla festivala möhür vurmağa çalışıblar.

Festivalda iştirak edən balqabaqların hər birinin çəkisi yarım tona yaxın olub. Təsadüfi deyil ki, balqabaqları festivalın keçirildiyi əraziyə daşımaq üçün qaldırıcı texnikalardan istifadə olunub.

Bu işdə ən çox əziyyəti Ras Qraf adlı fermer çəkib. Onun becərdiyi balqabağın çəkisi nə az, nə çox 822  kiloqramdır. Bu cür nəhəng məhsula görə bütün diqqətləri üzərinə çəkən fermer 1-ci yeri tutmaqla 13600 dollarlıq mükafatı qazanıb.

İlin ən böyük balqabağı sərgilənmək üçün kənara qoyulub. Festivalda nümayiş olunan digər qalbaqablar isə qüvvələrini başqa yarışda sınayacaqlar. Bunun üçün həmin bitkilərin içi oyulub və onlardan qayıq hazırlanıb.

Çılğın amerikalılar indi balqabaq qayıqların içində maksimum uzağa üzməyə çalışacaqlar.

Qaynarinfo.Az