Xəbər lenti

“Bandotdel”in yeni rəisi kimdir? - FOTO
Ölkə07:59 05.11.2014

“Bandotdel”in yeni rəisi kimdir? - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin yenirəisi Seyfulla Əzimovun təyinatı dünən nazirin əmri ilə baş tutan kadrdəyişikliyinin ən gözlənilməzi idi.

Qaynar.info Qafqazinfo-yaistinadən xəbər verir ki, Ramil Usubovun imzaladığı müvafiq əmrlərləBakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov tutduğu vəzifədənazad edilərək Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinə, BaşMütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polisgeneral-mayoru Mirqafar Seyidov isə Bakı Şəhər Baş Polis İdarəsinə rəistəyin olunub.

Mirqadar Seyidovu əvəzləyən Seyfulla Əzimov isə Quba Rayon Polis Şöbəsinin rəisi idi.

Onunadı qubalılara daha çox tanış olsa da, Əzimovun ulduzu ADNA-da 2009-cuildə baş verən terror hadisəsindən sonra parlamağa başlayıb. O, həminvaxt Nəsimi Rayon 22-ci polis bölməsinin rəisi olub. Hadisəni eşidənkimi ADNA-ya gələn ilk səlahiyyətli şəxslərdən olub. Onun akademiyadaavtomatla yoxlama apardığını əks etdirən kadrlar da var.

Qısamüddətdən sonra Əzimov Ramil Usubovun əmri ilə Nərimanov Rayon Polisİdarəsinin rəis müavini təyin olunur. Bir müddətdən sonra 2011-ci ildəS. Əzimov müavinlikdən rəis vəzifəsinə qalxır. O, Quba Rayon PolisŞöbəsinin rəisi vəzifəsinə təyinat alır. Üç ildən sonra isə ona dahaböyük post Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi(“Bandotdel”) etibar olunur və bildiyimiz kimi, dünən nazir onunla bağlıəmr verib.

Maraqlıdır ki, bir neçə il ərzində ardıcıl vəzifətəyinatı alan Əzimovla bağlı mediada çox az məlumata rast gəlmək olar.Rəisin şəkli isə mediada, ümumiyyətlə, yayımlanmayıb. ADNA-da baş verənterror hadisəsini əks etdirən kadrlardan əldə etdiyimiz fotoları təqdimedirik:

Qaynar.info