Xəbər lenti

Bank direktoru işdən çıxarıldı
Ölkə12:16 16.03.2016

Bank direktoru işdən çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"AtaBank" ASC-nin rəhbərliyində dəyişiklik olub.

Qaynar.info APA-ya istinadən bildirir ki, bankın İdarə Heyətinin üzvü, icraçı direktoru Bətulə Əhədova tutduğu vəzifədən uzaqlaşdırılıb.

Xatırladaq ki, bir müddət öncə bankın İdarə Heyətinin sədri dəyişib. Dəyanət Quliyev bu vəzifədə Etibar Babaşlını əvəzləyib. Hazırda E.Babaşlı sədrin müavinidir.

Onlardan başqa İdarə Heyətində Hüseyn Bayramov, Emil Əmirov və Rauf Hüseynov təmsil olunurlar. Adları çəkilən hər üç şəxs İdarə Heyətinin üzvü olmaqla yanaşı, həm də icraçı direktordur.

Qaynar.info