Xəbər lenti

Bank kartlarından 16 mindən çox pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Ölkə 10:58 03.04.2025

Bank kartlarından 16 mindən çox pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanıldı

Gəncə şəhərində onlayn yolla 16 min manat oğurlamaqda şübhəli bilinən Bakı sakini saxlanılıb.

Qaynarinfo-nun Report-a istinadən məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində ayrı-ayrı şəxslərin bank kartlarından ümumilikdə 16.min 200 manat pulu onlayn yolla oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini 29 yaşlı Kənan Bayramzadə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.
--> -->