Xəbər lenti

Banka borcu olan şəxs bulvarda intihar etdi - MEYİT HƏLƏ DƏ TAPILMAYIB
Ölkə19:02 12.03.2016

Banka borcu olan şəxs bulvarda intihar etdi - MEYİT HƏLƏ DƏ TAPILMAYIB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Martın 12-də Bakı bulvarında intihar hadisəsi baş verib. 
Axşam saat 7 radələrində Saat Qülləsinin yaxınlığında 40-45 yaşlı kişi özünü dənizə atıb. Yaxınlıqdakı şəxslər çalışsalar da, onu xilas edə bilməyib.
Hadisə yerinə gələn xilasedicilər intihar edən şəxsin meyitinin axtarışına başlayıb. 
Hadisə yerinin yaxınlığında intihar edən şəxsin pencəyi tapılıb. O, özünü dənizə atmazdan əvvəl pencəyini dirəyə asıbmış. Pencəyin cibindən intihar edən şəxsin məktubu tapılıb. Məktubda həmin şəxs bank borcunun olduğunu və bu borcu ödəyə bilmədiyini yazıb. (lent.az)
Qaynar.info