Xəbər lenti

Bankdan 40 milyon çıxarıb "Ferrari" almaq istəyən Dadaşova bacıları: "VİP müştəri xahiş etmişdi..."
Ölkə06:45 29.03.2017

Bankdan 40 milyon çıxarıb "Ferrari" almaq istəyən Dadaşova bacıları: "VİP müştəri xahiş etmişdi..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyada "Sberbank"da çalışan azərbaycanlı bacılar Məryəm vəTamilla Dadaşovaların Moskvada avtosalondan "Ferrari" almağı onların VİPmüştərilərindən biri xahiş edib. 

"Qaynar" virtualaz-a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Xidməti yoxlama zamanı məlum olub ki, qızlar bankınVİP-müştərilərindən birinin xahişini icra ediblər: onlar başqafirmaların hesabından 40 milyon rublu çıxararaq sportkar almaqistəyiblər. Hüquq mühafizə əməkdaşlarının məlumatına görə, söhbətqanunsuz əməliyyatdan gedir. Hazırda həmin VİP müştəri ilə bağlıaraşdırma aparılır. Ekspertlər hesab edirlər ki, həmin müştəri vergidənyayınmaq istəyib və "Sberbank" əməliyyatçıları da ona bu işdə elə-beləkömək etməyiblər.

Mariya və Tamilla bacıları bankın təhlükəsizlik xidmətinin diqqətiniavtosalondan "Ferrari" alandan sonra cəlb ediblər. Moskvada bu idmanavtomobilinin dəyəri 20 milyon rubldan başlayır. Bu qızların hərikisinin "Sberbank"da menecer işlədiyi aydınlaşandan sonra belə maşınınalmasına pulun mənşəyi haqqında suallar ortaya çıxıb. Bank, həmçininpulun müştərilərdən oğurlanması ehtimalını istisna etmirdi.

Araşdırma zamanı o da məlum olub ki, bacıların xeyli VİP müştərilərivar. Onların arasında bir çox tanınmış şəxslər, o cümlədən məşhuridmançı da var. Qızlar hesabdan 40 milyon rublu müştərinin xahişi iləçıxardıqlarını və 3 başqa şirkətə köçürdüklərini bildiriblər. Bank isəonların maliyyə əməliyyatlarının keçirilməsi vaxtı xidməti təlimatlarıpozduqlarını, buna görə indi onları intizam məsuliyyətinə cəlbediləcəklərini bildirib.

Ekspertlər deyirlər ki, əslində, 600 min rubldan yuxarı məbləğdəəməliyyat olunduqda bank işçisi öz rəhbərliyinə bildirmədilər. Lakin birçox hallarda menecerlər qiymətli VİP-müştərini itirməmək üçün bəzənbelə qayda pozmalara gedə bilirdilər.

Qeyd edək ki, daha öncə bankın ayrı-ayrı filiallarında menecerişləyən 26 yaşlı Məryəm Dadaşova və onun bacısı, 22 yaşlı TamillaDadaşova bir neçə gün ərzində bankdan 40 milyon rublu birgünlükfirmaların hesablarına köçürdükləri, daha sonra həmin hesablardanpulları nəğdləşdirdikləri ilə bağlı məlumat yayılmışdı. Onların həminpulların bir hissəsinə "Ferrari" almaq istəyərkən yaxalandıqlarıbildirilirdi.

Milli.Az