Xəbər lenti

Bankın filial direktoru dənizdə batan uşaqları xilas etdi, özü həlak oldu
Ölkə13:20 21.06.2020

Bankın filial direktoru dənizdə batan uşaqları xilas etdi, özü həlak oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Xalq Bank"In "Mərkəz” filialının direktoru Yusif İsak oğlu Məmmədovu faciəvi şəkildə həlak olub.
Bu barədə Qaynarinfo-ya bankdan məlumat verilib.
Məlumata görə, Abşeron çimərliklərinin birində ailəsi və dostları ilə istirahət edən Yusif Məmmədov dənizdə batan uşaqları xilas edərkən həlak olub. Valideynləri tərəfindən nəzarətsiz qalan uşaqların sahildən uzaqda batdığını filial direktoru onlara kömək eyməyə çalışıb. Şahidlərin sözlərinə görə, Yusif Məmmədov üzərək uşaqlara çatıb, onları xilas edib, amma özü dənizdə batıb.
O, bu gün doğulduğu İmişlidə torpağa tapşırılıb. 
Qeyd edək ki, Yusif Məmmədov ailəli olub, iki azyaşlı övladı atası qalıb.