
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində "RoyalBank" Açıq Səhmdar Cəmiyyətinin "Qazax" filialının vəzifəli şəxsləri tərəfindən qanunsuzluqlara yol verilməsi faktı üzrə başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Respublika Baş Prokurorluğundan verilən məlumata görə, aparılmış istintaqla filialın sabiq müdiri Elmir Əsgərovunqulluq mövqeyindən istifadə edərək cəmiyyətin vəzifəli şəxsləri ilə əlbir olub Kənd Təsərrüfatı Nazirliyiyanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən ASC-ninhesabına köçürülmüş 650 min manat məbləğində vəsaiti kənd təsərrüfatı kreditlərinin verilməsi adı ilə digər şəxslərin adına sənədləşdirib həmin vəsaitin 150 min manatını mənimsəməklə "RoyalBank" ASC-yə külli miqdarda ziyan vurmasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Trend