Saxlanılan bankir Fərid Məmmədov bir müddət əvvəl DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsindən çıxıb. Bu məlumatı virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələr verib.
Məlumata görə, Fərid Məmmədov pul yuyulmasında şübhəli bilinir.
DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi “Bank Technique”dəki iri maliyyə maxinasiyaları ilə bağlı araşdırma aparır. Qeyd edək ki, bankın Xəzər filialı “pul yuyulması”nda ittiham olunur.
Məlumata görə, “Bank Technique”nin Müşahidə Şurasının üzvü Rauf Ağayev sorğu-sual ediləndən sonra sərbəst buraxılıb.
Fərid Məmmədov dünən - mayın 22-də həbs edilib. "Bank Technique"nin (köhnə “Texnikabank”) Xəzər filialının rəhbəri olan Fərid Məmmədov vurulmuş məmurlardan olan Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədovun qardaşıdır.
Bankdakı mənbədən daxil olan məlumata görə, Fərid Məmmədov həbs ediləndə onun kabinetindən 4 milyon dollar nağd pul çıxıb.
Mənbənin sözlərinə görə, Fərid Məmmədovdan sonra "Bank Technique"nin Müşahidə Şurasının üzvü Rauf Ağayev də həbs edilib.
Qaynar.info