
Bankomatın ekran şüşəsini sındıran iki qadın tutulub.
Qayanrinfo.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki. mayın 15-də saat 4.00-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisindəki “Bank VTB” ASC-yə məxsus Bakıxanov filialından Baş Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.
Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən orada quraşdırılan bankomatın ekran şüşəsinin sındırılması müəyyən edilib.
Bankomatın qarşısında dayanan əllərində daş olan Bakı şəhər sakinləri Almaz Muradova və Elmira Muradova saxlanılaraq 13-cü PB-yə təhvil veriliblər.
Qaynarinfo.az