"Könüllü qismində çalışan tələbələrə güzəşt edilməyəcək”.
Bu sözləri azedu.az-a açıqlamasında Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Zöhrab Süleyman deyib.
Onun sözlərinə görə, Formula-1 dövlətin təşkil etdiyi yarışıdır və bu yarışlara görə heç kəsə güzəşt edilməməlidir:
"Tələbələr belə yarışlarda könüllü şəkildə iştirak edirlər. Mən eşitdiyimə görə, bəzi universitetlərdə könüllü qismində çalışan tələbələrə istər imtahan, istərsə də qiymət baxımından müəyyən güzəştlər edilir. Bakı Ali Neft Məktəbində isə bu cür güzəştlər nəzərdə tutulmayıb”.