
İyulun 6-na keçən gecə Binəqədi rayonu ərazisində yerləşən “Banu-Çiçək” şadlıq sarayında, restoranın inzibatçısı Nurlan Məmmədovun otağındakı seyfindən 6000 manat pul oğurlanıb.
Qaynar.info Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Sabirabad rayon sakini Hikmət Atamoğlanov və Bakı şəhər sakini Elnur İsmayılov tutulub.
Qeyd edək ki, Elnur İsmayılov əvvəllər məhkumluq həyatı yaşayıb.
Qaynar.info