Xəbər lenti

Baqdasaryan: “Afərin Arayikə, hər iki arvadının uşaqlarını Qarabağdan çıxarıb”
Ölkə08:26 23.09.2023

Baqdasaryan: “Afərin Arayikə, hər iki arvadının uşaqlarını Qarabağdan çıxarıb”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Afərin Arayikə, həm birinci, həm də ikinci arvadının uşaqlarını Qarabağdan çıxarıb”.
Qaynarinfo xəbər verir ki, bu sözləri erməni bloger Roman Baqdasaryan "Facebook"da qanunsuz xunta liderlərindən biri Arayik Arutyunyana müraciət edərək yazıb.
"Arayik Arutyunyanın birinci həyat yoldaşından olan 17 yaşlı qızı ("Ananiya Şirakatsi” adına liseydə oxuyur) bu gün zarıyıb və digər uşaqları mitinqlərə getməyə razı salmağa çalışıb. Şagirdlərin 95%-i heç yerə getməyib və mitinqdə liseyin iştirakı ilə bağlı məlumat yalandır! Afərin Arayik, həm birinci, həm də ikinci arvadından uşaqları çıxara bilib. İndi isə ən gülməli hissə!
Ardıcıl ikinci gündür ki, onun ikinci arvadı, İrəvanda daşınmaz əmlak okeanı olan teleaparıcı Arayik Arutyunyanın uşaqları ilə birlikdə mitinqlərə çıxır. Təəssüf ki, Qarabağ sultanı yalnız oğurlaya və nəsil artıra bilər, lakin Qarabağı müdafiə etmək gücündə deyil”, deyə erməni bloger yazır.
Alpər