"Azərbaycanda hüquq şəxslər üzrə orta kredit faizi 10,1%, fiziki şəxslər üzrə isə 16,1 faizdir. Bu göstərici Rusiyada 8,9 və 12,5 faiz, Gürcüstanda isə 14% və 18,6 fazidir".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
Baş bankir qeyd edib ki, yüksək inflyasiya şəraitində kredit üzrə faizlərin azalması məqbul hesab edilmir.
"Ona görə ki, kredit faizlərinin azalması inflyasiyanı kəskin artıracaq. Bu isə makroiqtisadi dayanıqlıq nöqteyi-nəzərdən qəbul olunan deyil. May ayının inflyasiyası 11,5 fazidir. Bu ilin sonuna kimi aprel proqnozlarına əsasən illik inflyasiya 8,3 faiz olacaq. Bu da bizim hədəf diapazonumuzdan yüksəkdir".
Qafqaz Rafiqoğlu