Xəbər lenti

Baş Dövlət Yol Polisi İdarəsindən polislərin videosuna REAKSİYA
Ölkə07:07 07.09.2013

Baş Dövlət Yol Polisi İdarəsindən polislərin videosuna REAKSİYA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Baş Dövlət Yol Polisi İdarəsi ötən gün sosial şəbəkələrdə yayılan yol polislərinin “Bon-Bon” rəqsi xəbərinə reaksiya verib.

Qurumun şöbə rəisi Kamran Əliyev Qafqazinfo-ya bildirib ki, portallarda yayımlanmış həmin videoda rəqs edənlər Azərbaycan yol polisləri deyil: “Əvvəla sosial şəbəkələrdə yerləşdirilmə tarixindən də görünür ki, bu 2-3 il əvvəlin görüntüləridir. Digər tərəfdən həmin polislərin geyimi də fərqlidir. Azərbaycan yol polislərinin geyiminin qolunda nişan olur. Amma həmin polislərin geyimində bu yoxdur. Bu postsovet ölkələrinin birində çəkilmiş videodur, Azərbaycanla əlaqəsi yoxdur”.

Youtube səhifəsində də görünür ki, video 2011-ci il sentyabrın 8-də sayta yüklənib.

Qaynar.info