Xəbər lenti

Baş həkimə məktubla güllə göndərən şəxs cəzalandırıldı
Ölkə 16:09 10.03.2025

Baş həkimə məktubla güllə göndərən şəxs cəzalandırıldı

Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Əliyevə məktubla patron göndərən şəxsə ağır cəza verilib. 

Qaynarinfo-nun məlumatına görə, 1987-ci ildə Bakı şəhərində anadan olmuş E.B.-ya Cinayət Məcəlləsinin 182.2.4 və 228.1-ci maddələri ilə cinayət işin açılıb. İşə məhkəmədə baxılıb. 

Məlum olub ki, E.B.-nın baş həkimlə ədavətin yaranmasına səbəb qardaşı D.B.-ya pensiya düzəltmədiyinə görə yaranıb. Belə ki, təqsirləndirilən şəxsin qardaşı 2022-ci ildə çoxlu iynə udduğuna görə Bakıda əməliyyat olunub. Əməliyyatdan sonra D.B. Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gələrək, əlillik almaq üçün Elçin Əliyevdən rəy verməsini tələb edib. Baş həkim bundan imtina etdiyi üçün E.B. ondan qardaşının "qisasını" almağı özünə söz verib. 

O, məktub yazaraq, xəstəxanın mühafizəçisi vasitəsi ilə Elçin Əliyevə göndərib. Məktubda təqsirləndirilən şəxs baş həkimi ölümlə hədələyərək, 16 000 manat pul istəyib. Həmçinin SSRİ-də istehsal olunmuş 7,62x39 mm kalibrli, "Kalaşnikov" avtomatları, əl pulemyotları və SKS karabinlərindən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən patronu skoçla yapışdıraraq, zərfə qoyub. 

Baş həkim məktubla onu hədələyən və patron göndərən şəxs barəsində polisə müraciət etməli olub. Məhkəmənin qərarı ilə E.B 6 il müddətinə azadlıqdan məhrum edilib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->