Xəbər lenti

Baş həkimin müavini: “Yaralı turistlər bu gün evə buraxılmayacaq”
Ölkə15:22 30.09.2018

Baş həkimin müavini: “Yaralı turistlər bu gün evə buraxılmayacaq”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün saat 08 radələrində Bakı-Quba yolunun Sumqayıt şəhərinin Tağıyev qəsəbəsindən keçən hissəsində baş vermiş dəhşətli qəzada ölənlərin sayı 3-ə çatıb, 14 nəfər yaralanıb.
Qaynarinfo-nun məlumatına görə, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının malicə işləri üzrə müavini Mirnazir Muxtarov Modern.az-a açıqlamasında deyib ki, yaralıların vəziyyəti ağırdır və onlar bu gün evə buraxılmayacaq.
"Xəstəxanaya yerləşdirilən yaralıların yaxınları dərhal xəbəri eşidən kimi xəstəxanaya gəlib. Ümumilikdə 15 nəfər yaralı daxil olmuşdu. Onlardan 8 nəfərini evə buraxdıq. Ağır yaralı olan xəstələrdən bir nəfər dünyasını dəyişib. Vəziyyəti orta ağır olan 6 yaralının isə heç biri bu gün evə buraxılmayacaq”.