Xəbər lenti

Baş infeksionistdən Bakı metrosunun açılmasına reaksiya: “Qarşıdakı həftə...”
Ölkə12:25 08.05.2020

Baş infeksionistdən Bakı metrosunun açılmasına reaksiya: “Qarşıdakı həftə...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarşıdakı bir həftə bizə müsbət dinamika versə, vəziyyət yaxşı olacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev deyib. Onun fikrincə, Nazirlər Kabineti yanında yaradılan Operativ qərargah vəziyyəti müzakirə edib, sonra qərar verir:
"Metro açılıb. Görünür, sonrakı günlər üçün proqnozlaşdırıblar ki, artım olmayacaq. Operativ qərargah situasiyanı müzakirə edir və sonra qərarlar qəbul edir. Qarşıdakı bir həftə bizə müsbət dunamika versə, deməli, vəziyyət yaxşı olacaq”.
Cəlal İsayev qeyd edib ki, cəmiyyətin normal həyata dönməsi üçün vətəndaşlar Operativ qərargahın tövsiyələrinə əməl etməlidir.
Bahar Rüstəmli