Xəbər lenti

Baş leytenantımız şəhid oldu - Cəbhədə gərginlik
Ölkə05:42 15.07.2016

Baş leytenantımız şəhid oldu - Cəbhədə gərginlik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistan hərbi-siyasi rejiminin rəhbərliyi cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi məqsədilə növbəti təxribatı həyata keçirib.

Müdafiə Nazirliyindən Qaynarinfo.Az-a verilən məlumata görə, iyulun 14-də axşam saatlarında cəbhə xəttinin Ağdam istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu baş leytenant Məmmədov Toğrul Səyyad oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!

Müdafiə Nazirliyi bildirir ki, təxribatların nəticələrinə görə tam məsuliyyət Ermənistanın hərbi-siyasi rejiminin üzərinə düşür.

Qaynarinfo.Az