Xəbər lenti

Baş nazir müharibədən zərər çəkmiş rayonların rəhbərlərini topladı
Ölkə15:36 10.09.2021

Baş nazir müharibədən zərər çəkmiş rayonların rəhbərlərini topladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin  Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasının təmin edilməsi üzrə Dövlət Komissiyasının növbəti genişləndirilmiş iclası keçirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
İclas zamanı ötən vaxt ərzində görülmüş işlərin vəziyyətinə dair məruzələr dinlənilib, yerdə qalan işlərə dair müzakirələr aparılıb və qısa müddət ərazində tam başa çatdırılımasına dair müvafiq tapşırıqlar verilib.