Xəbər lenti

Dünya 10:17 15.01.2024

Baş nazir öz ölkəsini Norveçlə səhv saldı

Danimarkanın baş naziri Mette Frederiksen ölkəsini Norveçlə səhv salıb. Belə ki, o, "Instagram" sosial şəbəkəsindəki hesabında ölkənin yeni kralının fotosunda səhv kral evini qeyd edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Danimarkanın BT qəzeti məlumat yayıb.

Nəşr vurğulayır ki, Frederiksen yeni kral Frederik X və Danimarka kral evinə öz hörmətini bildirmək istəyib. Lakin o, fotoda sonuncunu qeyd edərək, Danimarka və Norveç kral evlərini qarışdırıb.

BT qeyd edir ki, baş nazir yarım saatdan sonra kral evini dəyişib.

Qeyd edək ki, 52 il hakimiyyətdə olmuş Danimarka kraliçası II Marqret taxtdan imtina edib. Taxtdan imtina hökumət üzvləri, kraliça, vəliəhd şahzadə və onun oğlu şahzadə Kristian (XI Kristian) iştirak etdiyi Dövlət Şurasının iclasında baş tutub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->