Xəbər lenti

Baş nazirdən yeni qərar: Bu şəxslərə əlillik müddətsiz təyin olunacaq
Ölkə11:50 19.05.2022

Baş nazirdən yeni qərar: Bu şəxslərə əlillik müddətsiz təyin olunacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çernobılda zərər görən azərbaycanlılara əlillik müddətsiz təyin olunacaq.
Qaynarinfo xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Nazirlər Kabinetinin "Əlilliyin qiymətləndirilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Qaydaya yeni bənd əlavə edilib. Yeni bəndə əsasən,Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” qanunun 11-ci maddəsinin üçüncü hissəsinə əsasən qanunun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən şəxslərin əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə əlillik müddətsiz müəyyən edilir.