Xəbər lenti

Baş nazirin müavini və “Azərenerji”nin sədri Mingəçevirdə
Ölkə07:20 03.07.2018

Baş nazirin müavini və “Azərenerji”nin sədri Mingəçevirdə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Baş nazirin birinci müavini Yaqub Eyyubov və "Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev Mingəçevirə səfər ediblər.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, onlar yanğın baş vermiş Mingəçevir İES-ə baş çəkiblər. Y. Eyyubov qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, Mingəçevir İES-in 6-cı blokunda yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunub və 6-cı blokda və yarımstansiyada baş verən yanğın söndürülüb. Soyutma işləri aparılıb və vəziyyət tamamilə nəzarət altındadır. Hadisənin ilkin səbəbi kimi həddindən artıq yüklənmə göstərilir.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb.