Ölkə 16:32 13.04.2023

Baş prokuror Aynur Əfəndiyevanı yeni vəzifəyə təyin etdi

Baş Prokurorluğun Mətbuat Xidmətinin prokuroru, I dərəcəli hüquqşünas Aynur Vüsət qızı Əfəndiyeva vəzifəsindən azad olunub.

APA-nın əldə etdiyi xəbərə görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Baş Prokurorun digər əmri ilə Aynur Əfəndiyeva qurumun Beynəlxalq Hüquqi Əməkdaşlıq İdarəsinin prokuroru təyin olunub.