
Azərbaycanın Baş prokuroru Zakir Qaralov “Turan” İnformasiya Agentliyinin fəaliyyəti ilə bağlı məsələyə münasibət bildirib.
"Qaynarinfo"nun ölkə.az-a istinadən məlumatına görə, Z.Qaralov jurnalistlərə açıqlamasında deyib ki, “Turan” İnformasiya Agentliyinin fəaliyyəti ilə bağlı hər hansı məhdudiyyət yoxdur:
“İstənilən vergi ödəyicisi vergi qanunvericiliyini pozmamalıdır”.
AXCP sədrinin müavini Gözəl Bayramlının həbsi ilə bağlı məsələyə də toxunan Z.Qaralov bu barədə danışmağın hələ tez olduğunu söyləyib:
“Bu məsələ ilə bağlı danışmaq hələ tezdir. Çünki qarşıda istintaq və məhkəmə prosesləri var. Hesab edirəm ki, Azərbaycanda gömrük və vergi qanunvericiliyinin tələblərinin pozulması cinayətdir. Bəzi müxalifət partiyaları və qeyri-hökumət təşkilatlarının nümayəndələri öz xarici havadarlarının vasitəsi ilə ölkə qanunvericiliyinin tələblərini pozaraq, xaricdən onlara ötürülən pulları ayrı-ayrı ölkələrdən alırlar. Bu cür hallar qanun pozuntusu olduğu üçün biz bu cür halları aşkar edən zaman dərhal müdaxilə edirik. Qanunun tələbləri ilə bu cür şəxslər həbs edilir”.
Qaynarinfo.Az