Xəbər lenti

Baş prokuror icra başçısının kürəkənini işdən çıxardı
Ölkə 13:11 13.12.2022

Baş prokuror icra başçısının kürəkənini işdən çıxardı

Baş Prokurorluqda kadr islahatı olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluqda Dövlət Təhlükəsizliyi və Sərhəd Xidməti Orqanlarının İstintaqına Nəzarət İdarəsinin rəisi Ramil Məcidov işdən çıxarılıb. 
 
Qeyd edək ki, o, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun kürəkənidir. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->