Şabran rayonuna yeni prokuror təyin olunub.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Axundov Cəlaləddin Nizaməddin oğlu Şabran rayon prokuroru vəzifəsinə təyinat alıb.
Həmçinin Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Fərid Dadaşov vəzifədsindən azad olunaraq Nəsimi rayon prokurorunun müavini təyin edilib.