
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları haqqında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində bu gün də istintaq davam etdirilir.
Qaynarinfo.Az-ın APA-ya istinadən məlumatına görə, bunu baş prokuror Zakir Qaralov deyib.
Z. Qaralov bildirib ki, bütövlükdə istintaq 280 epizod üzrə aparılır: "Həmin cinayət işlərindən biri məhkəməyə göndərilib, digərləri üzrə istintaq davam edir. İstintaqın nəticəsində hansı şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdırlarsa, onlar da məsuliyyətdən kənarda qalmayacaq".
Qaynarinfo.Az