Ölkə 17:32 06.09.2022

Baş prokurordan yeni təyinatlar (YENİLƏNİB)

Quba rayon prokurorunun müavini vəzifəsindən azad olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Baş Prokuror Kamran Əliyevin əmrinə əsasən, Quba rayon prokurorunun müavini Pərviz Nərimanov tutduğu vəzifədən azad edilib.

Digər əmrlə Pərviz Nərimanov Qaradağ rayon prokurorunun müavini təyin olunub.

Baş prokurorun başqa bir əmri ilə Tural Haqverdiyev Bakı şəhəri Nərimanov rayon prokurorunun müavini vəzifəsinə təyin edilib. O, bundan əvvəl Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi vəzifəsində çalışıb.
 
Habelə, Xaçmaz rayon prokurorunun böyük köməkçisi İsbəndiyar İsgəndərov vəzifəsindən azad edilərək Quba rayon prokurorunun müavini təyin olunub.

Bundan başqa, Nərimanov rayon prokurorunun müavini Elgiz Qənizadə vəzifəsindən azad edilərək Suraxanı rayon prokurorunun müavini təyin olunub.