Xəbər lenti

Baş Prokurorluğa ƏDV-dən azadolma ilə bağlı səlahiyyət verildi
Ölkə16:47 03.03.2025

Baş Prokurorluğa ƏDV-dən azadolma ilə bağlı səlahiyyət verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, yenilənmiş qanuna əsasən, bundan sonra Baş Prokurorluğun verdiyi təsdiqedici sənəd əsasında müdafiə və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan bütün növ texnika və texniki vasitələrin, onların ehtiyat hissələrinin, xüsusi proqram təminatlarının və silah-sursatın idxalı və satışı əlavə dəyər vergisinə cəlb olunmayacaq.
İndiyə qədər bu məsələdə səlahiyyət sahibi olan orqan (qurum) məlum deyildi.