Ölkə 13:18 12.08.2022

Baş Prokurorluq əməliyyat keçirdi: Vəzifəli şəxs saxlanıldı

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şəmkir rayonunda əməliyyat keçirib.

Qaynarinfo xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyəti (RİH) başçısının Çinarlı qəsəbəsi üzrə icra nümayəndəsi Elçin Abbasov saxlanılıb.

Hazırda araşdrıma aparılır.

Baş Prokurorluğun Mətbuat Xidməti faktı təsdiqləyib.

Bildirilib ki, araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək.