Xəbər lenti

Baş Prokurorluq: Əsirlərlə bağlı yayılan saxta görüntülər araşdırılır
Ölkə14:47 15.10.2020

Baş Prokurorluq: Əsirlərlə bağlı yayılan saxta görüntülər araşdırılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bəzi sosial şəbəkə istifadəçiləri, o cümlədən "İnfoteka24” və digər xarici kütləvi informasiya vasitələri tərəfindən guya Azərbaycan Ordusunun hərbi qulluqçularının erməni əsirlərinə qarşı kobud davrandığını əks etdirən videogörüntülər yayılıb.
Baş Prokurorluqdan Qaynarinfo-ya verilən məlumata görə, ilkin əlamətlərə görə həmin videoların saxta olmasına əsaslı şübhələr yaranıb: "Hazırda bununla bağlı tərəfimizdən araşdırma aparılmaqla nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.