Xəbər lenti

Baş Prokurorluq məktəb direktoruna xəbərdarlıq etdi
Ölkə12:17 21.12.2021

Baş Prokurorluq məktəb direktoruna xəbərdarlıq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda məktəb direktoruna xəbərdarlıq edilib.
Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, internet informasiya ehtiyatında intiharla bağlı qadağan edilən məlumatları yayması ilə əlaqədar Qusar rayonu, Yuxarı Zeyxur kənd orta məktəbinin direktoru Hikmət Camirzə oğlu Ağacanova 20 dekabr 2021-ci il tarixdə "Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə əsasən qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında xəbərdarlıq elan edilib.