Xəbər lenti

Baş Prokurorluq Nərminin qətlini xüsusi nəzarətə götürdü
Ölkə11:39 21.08.2020

Baş Prokurorluq Nərminin qətlini xüsusi nəzarətə götürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tovuz rayon Dondar Quşçu kənd sakini Nərmin Quliyevanın qəsdən öldürülməsi ilə bağlı Baş Prokurorluğun istintaq idarəsində istintaqı aparılan cinayət işi Baş prokurorun xüsusi nəzarətindədir.
Qaynarinfo xəbər verir ki, Baş Prokurorluğun "Instagram” səhifəsində aparılan sual-cavab sessiyasında bildirilib ki, hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edilib ki, istintaqın nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.