Xəbər lenti

Baş Prokurorluq Tofiq Yaqubluya xəbərdarlıq etdi
Ölkə13:10 15.04.2016

Baş Prokurorluq Tofiq Yaqubluya xəbərdarlıq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müsavat Partiyası başqanın müavini Tofiq Yaqublu prokurorluqda baş prokurorun müavini Rüstəm Usubov və müstəntiq Nadir Mirzəyevlə görüşüb, ona xəbərdarlıq edilib.
Bu barədə APA-ya T.Yaqublunun özü məlumat verib: “Rüstəm Usubov mənə dedi ki, mətbuata müsahibələrimdə müəyyən yanlışlıqlara yol vermişəm. “Yeni Müsavat” qəzetinə müsahibəmdə dini məsələlərlə bağlı fikirlərimə etiraz etdi ki, mən milli və dini ayrı-seçkilik salmaq istəmişəm. Ancaq həmin müsahibədə texniki səhv olmuşdu. Mən də öz növbəmdə dedim ki, bu məqsədlə fikir bildirməmişəm. Sonra xəbərdarlıqla bağlı mətni imzaladım”.
Qaynar.info