
Baş Prokurorluğun mətbuat xidmətindən Qaynar.info-ya daxil olan məlumata görə araşdırmalar zamanı cəmiyyətin Gəncə şəhəri üzrə satış nümayəndəsi Ruslan Həsənovun həmin vəzifədə işlədiyi müddətdə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə maddi məsuliyyətinə verilmiş malların satışından əldə edilən 25 min 500 manat məbləğində vəsaiti mənimsəyərək cəmiyyətə külli miqdarda ziyan vurmasında əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.
Qaynar.info