Xəbər lenti

Baş Prokurorluqdan Cahangir Hacıyevin arvadının həbsi xəbərinə REAKSİYA
Ölkə12:12 11.06.2016

Baş Prokurorluqdan Cahangir Hacıyevin arvadının həbsi xəbərinə REAKSİYA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Baş Prokurorluq Azərbaycan Beynəlxalq Bankının hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın barəsində həbs-qətimkan tədbiri seçildiyi barədə xəbərlərə münasibət bildirib. 
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov lent.az-a bildirib ki, Z.Hacıyevanın barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı KİV-lərdə gedən xəbərlər həqiqəti əks-etdirmir.
Qeyd edək ki, bu barədə xəbəri “bastainfo” saytı yayıb. Saytın xəbərinə görə, Zamirə Hacıyevanın həbs olunması barədə qərar Nərimanov Rayon Məhkəməsində iyunun 1-də çıxarılıb. Xəbərdə bildirilir ki, Z. Hacıyeva korrupsiyada – Beynəlxalq  Bankdan sənəd təqdim etmədən kredit kartı götürməkdə  və həmin kartdan müxtəlif postterminallar və internet ödənişlər vasitəsilə ümumilikdə 18 min manat pul çıxarmaqda ittiham olunub.
Qaynarinfo.az