Xəbər lenti

Baş Prokurorluqdan Fədayə Laçının həbsi ilə bağlı AÇIQLAMA
Ölkə13:25 30.10.2017

Baş Prokurorluqdan Fədayə Laçının həbsi ilə bağlı AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müğənni Fədayə Laçının məhbusların qaçmasında təqsirli bilinərək saxlanılması rəsmi şəkildə təsdiqlənib.
"Qaynarinfo" xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə açıqlamasında deyib ki, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
E.Sultanov bildirib ki, məsələ ilə bağlı əlavə rəsmi məlumat açıqlanacaq.
Qaynarinfo.Az