Xəbər lenti

Baş Prokurorluqdan generalın oğluna vəzifə verilməsiylə bağlı açıqlama
Ölkə10:54 05.08.2020

Baş Prokurorluqdan generalın oğluna vəzifə verilməsiylə bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Baş Prokurorluq Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, general-leytenant Firudin Nəbiyevin oğluna yüksək vəzifə verilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. 
Baş Prokurorluğun Mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, Nəbili Orxan Firudin oğlu 05.08.2016-cı il tarixdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinin mühüm işlər üzrə əməliyyatçısı vəzifəsində çalışır. 
Qeyd edək ki, bəzi KİV-də Baş prokuror Kamran Əliyevin mərhum generalın oğluna yüksək vəzifə verməsi ilə bağlı xəbərlər yayılıb.
Xatırladaq ki, F.Nəbiyev avqustun 3-də Türkiyədə vəfat edib.