Xəbər lenti

Baş Prokurorluqdan Lənkərandakı əməliyyatla bağlı açıqlama
Ölkə07:41 16.04.2013

Baş Prokurorluqdan Lənkərandakı əməliyyatla bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbər verdiyimiz kimi dünən günün ikinci yarısında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Lənkəran Dövlət Universitetində (LDU) əməliyyat keçirib. 

LDU tələbələrinin Qaynar.info-ya verdiyi məlumata görə, universitetin rektoru Asəf Isgəndərovun köməkçisi, universitetdə Tərbiyə və tədris işləri üzrə prorektor olan Qorxmaz Ağayev həbs olunub. 

Qeyd edək ki, Qorxmaz Ağayev rektorun yaxın qohumu olub.

Artıq Baş Prokurorluqdan da sözügedən hadisəyə münasibət bildirilib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, aprelin 15-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Lənkəran Dövlət Universitetinin Tərbiyə işləri üzrə prorektoru Qorxmaz Ağayev şübhəli şəxs qismində tutulub.

Sultanovun sözlərinə görə, fakt üzrə cinayət işi başlanıb, təfərrüatlarla bağlı tərəfimizdən ictimaiyyətə əlavə məlumat veriləcək.

Qaynar.info