Xəbər lenti

Baş Prokurorluqdan şəhid qardaşının videosu ilə bağlı açıqlama
Ölkə12:51 16.09.2022

Baş Prokurorluqdan şəhid qardaşının videosu ilə bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ötən gün qeyd edildiyi kimi, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun 1-ci videoda səsləndirdiyi fikirlərlə bağlı hazırda prokurorluq orqanları tərəfindən araşdırma aparılır".
Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
"Eyni zamanda, Sənan Əhmədovun sosial mediada yayılmış 2-ci videoda göstərdiyi xüsusatlar tam və hərtərəfli araşdırılır. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, bu həssas mövzu ilə bağlı dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verilməsin", deyə Mətbuat Xidmətindən qeyd edilib.