Xəbər lenti

Baş Prokurorluğun şöbə rəisi işdən çıxarıldı
Ölkə07:21 21.01.2014

Baş Prokurorluğun şöbə rəisi işdən çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin rəisi Ramiz Nəbiyev işdən azad olunub.

Qaynar.info xəbər verir ki, bu haqda “Axar.az”a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.
 
Ramiz Nəbiyevin 2012-ci il dekabrın 29-da vəzifəyə təyinat aldığını nəzərə alaraq, onun işdən azad olunma səbəbi ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxladıq.
 
Eldar Sultanov faktı təsdiqləyərək, Ramiz Nəbiyevin öz istəyi ilə işdən azad olunduğunu bildirdi.

Qeyd edək ki, bir müddət əvvəl R. Nəbiyevin oğlu Elvin Nəbizadənin “facebook” səhifəsində bahalı avtomobillərinin şəklini paylaşması mətbuatda geniş müzakirələrə səbəb olmuşdu.

Qaynar.info