Xəbər lenti

Baş redaktor çinar və şam ağaclarından ibarət olmaqla 30 ağac əkib
Foto 16:23 24.11.2025

Baş redaktor çinar və şam ağaclarından ibarət olmaqla 30 ağac əkib

Faktinfo.az saytının baş redaktoru Fuad İsgəndərov yaşadığı ərazidə və ətrafda 30 ağac əkib. 

2023-cü ilin son günü - dekabr ayının 31-də əkilən COP29-a töhvə vermək məqsədilə əkilmiş 30 ədəd çinar və şam ağacları artıq kifayət qədər böyüyüb.

Ərazidə yaşayanlar deyir ki, Fuad İsgəndərov ağaclara hər gün qulluq edib, onların dibinə azot gübrəsi, müxtəlif təyinatlı peyinlər verib, küləkli havaların ağacları qırmaması üçün diblərini möhkəmləndirib.

Baş redaktor qış aylarında həftədə bir, yazda həftədə iki, yay aylarında isə gündəlik ağacları suvarıb. Ağacların suvarılması axşamlar həyata keçirilib. Su 5 litrlik plastmas qablar vastəsilə 100 metr kənardan daşınıb, ağacların dibinə tökülüb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->