Xəbər lenti

Baş redaktor: “Həyat yoldaşım və uşaqlarım artıq evə buraxılıblar”
Ölkə11:03 23.06.2020

Baş redaktor: “Həyat yoldaşım və uşaqlarım artıq evə buraxılıblar”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev ötən gün ailəsinin və özünüzü koronavirusa yoluxması ilə bağlı məlumat paylaşıb. Jurnalist Mərkəzi Neftçilər Xəstəxanasında müalicə prosedurunun davam etdirildiyini bildirib.
Qaynarinfo Modern.az-a istinadən xəbər verir ki, İlham Quliyev artıq dünəndən etibarən ailə üzvlərinin ev şəraitində müalicə aldıqlarını deyib:
"İndi artıq özümü yaxşı hiss edirəm, müalicə prosesi də davam edir. Hələ ki  xəstəxanadan çıxmağımla bağlı qərar yoxdur, yəqin ki, bir müddət burda qalacam. Amma həyat yoldaşım və uşaqlarım artıq evə buraxılıblar. Onların test nəticəsi mənfi çıxdığı üçün evdə müalicə ala biləcəklər. Amma 14 gün çölə çıxmamaqla bağlı tapşırıq da alıblar. Onsuz da uşaqların dərsi yoxdur, həm də karantin rejimidir, deyə gedəcək yer də yoxdur. Bu baxımdan evdə qalmaq o qədər çətin deyil”.