Xəbər lenti

Baş redaktora vəzifə təklif olundu
Ölkə10:18 07.04.2014

Baş redaktora vəzifə təklif olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bizimxeber.az Xəbər Portalının baş redaktoru Ədil Hüseynliyə yeni iş təklifi edilib.

Veteninfo.az-a daxil olan məlumata görə, uzun müddətdir jurnalistika sahəsində çalışan Ədil Hüseynliyə vəzifə təklifi gəlib. 

Mənbə iddia edir ki, baş redaktora bir neçə dövlət qurumundan vəzifə təkilf edilsə də, o, bunların heç biri ilə razılaşmayıb. Bildirib ki, yalnız mətbuat sahəsinə aid bir vəzifədə çalışmaq istəyir. Məlumatı dəqiqləşdirmək üçün baş redaktorla əlaqə saxladıq. Ə.Hüseynli bu barədə danışmaq istəmədiyini bildirdi. 

Qeyd edək ki, Ə. Hüseynli Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Uzun illərdi mətbuatda çalışır. 5 ildir ki, Bizimxeber.az Xəbər Portalının təsisçi və baş redaktorudur.

Qaynar.info