
Redaksiyaya təhqiramiz və təhdidedici sms yollayan 14 yaşlı yenyetmə imiş
Bunu "Poliqon" İnformasiya Agentliynin baş redaktoru Azər Qaramanlıya Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mubarizə İdarəsindən bildiriblər.
"Poliqon" İnformasiya Agentliynə sms yazaraq redaksiya heyətini təhid edən şəxs müəyyən olunub.
Bu barədə Mia.az-a "Poliqon" İnformasiya Agentliynin baş redaktoru Azər Qaramanlı bildirib.
Azər Qaramanlının sözlərinə görə bu gün Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mubarizə İdarəsindən redaksiyaya zəng gəlib. İdarədən bildiriblər ki, Azərbaycan Respublikasının Daxili İşlər naziri Ramil Usubova və Baş prokuror Zakir Qaralova müraciət əsasında Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mubarizə İdarəsində araşdırılma aparılıb. Məlum olub ki, PİA.AZ-ın redaksyiasına təhqiramiz və təhdidedici sms-i yazan Agcabədi rayon Əhalinin Sosial Müdafiə Mərkəzin müdiri Əbülfət Qasımovun 14 yaşlı nəvəsi imiş. Belə ki, araşdırma nəticəsində məlum olub ki, Əbülfət Qasımovun nəvəsi babası haqqında saytda məlumatı oxuduqdan sonra bu sms-i yazdığı iddia olunur.
Poliqon» İnformasiya Agentliynin baş redaktoru Azər Qaramanlı bildirib ki, o həmin sms-in bir uşaq tərəfindən yazıldığına inanmır: "Dünən axşam saatlarında 051 749 33 33 nömrəli telefondan bizə yeni sms daxil oldu. Mesajı yazan şəxs daha əvvəlki mesajına görə üzr istəyir və bildiridi ki, onun 13 yaşı var. Biz13 yaşlı bir yeniyetmənin üzrünü yetərli hesab etmirik. Hesab edirik ki, 051 749 33 33 nömrənin kimin adına qeydiyyatda olunduğu açıqlanmalıdır. Bu şəffaflıq üçün vacibdir. Digər tərəfdən hesab edirik ki, Agcabədi rayon Əhalinin Sosial Müdafiə Mərkəzin müdiri Əbülfət Qasımov rəsmi qaydada Agentliyimizdən və redaksiya heyətindən üzr istəməlidir. Əgər araşdırma zamanı sübut olunsa ki, mesajı yazan doğurdan da 13 yaşlı yeniyetmədir, biz bu yeniyetməyə qarşı məhkəməyə müraciət etməyəcəyik".
Qaynar.info