Xəbər lenti

Baş redaktoru kor ola bilər
Ölkə11:08 16.01.2014

Baş redaktoru kor ola bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ədil Hüseynlinin qəzadan sonra gözündə ciddi problem yaranıb

Qaynar.info xəbər verir ki, yanvarın 13-də saat 13 radələrində Milli Məclisin qarşısında 4 avtomobilin bərk əzilməsi ilə nəticələnən ağır yol qəza hadisəsi baş verib. 

Mehdi Huseyn küçəsi ilə yüksək sürətlə hərəkət edən son model AUDİ markalı 10 DV 050 nömrə nişanlı avtomobilin sürücüsü 19 yaşlı Hüseynzadə Emil Vaqif oğlu, avtoş dostuna məxsus 90 VX 044 nömrə nişanlı avtomobillə müxtəlif ötüş əməliyyatları etmək istəyib. Lakin birinci, AUDİ markalı avtomobilin sürücüsü idarəetməni itirərək qarşıda öz sürəti ilə hərəkət Bizimxeber.az İnformasiya Agentliyinin baş redaktor Ədil Hüseynlinin avtomobilini arxadan vurub. 

Nəticədə Ədil Hüseynliyə məxsus Hundai markalı avtomobil 4 metr qabağa uçaraq qarşıdakı BP şirkətinə məxsus avtomobilə çırpılaraq dayanıb.  hadisə zamanı avtomobilin şüşə qırıntıları Ədil Hüseynlinin üzünə və gözünə sirayət edib.

Əldə etdiyimiz məlumata görə, Ə.Hüseynlinin gözündə ciddi xəsarət var və baş redaktor kor ola bilər.

Qaynar.info