Xəbər lenti

Baş redaktorun ailəsi baş prokurora və nazirə müraciət etdi - MƏTN
Ölkə09:57 28.09.2014

Baş redaktorun ailəsi baş prokurora və nazirə müraciət etdi - MƏTN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

7Gun.Az saytının baş redaktoru Cavid Şirəliyevin anası Zahirə Şirəliyeva Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralova və Azərbaycan Respublikası daxili işlərnaziri Ramil Usubova müraciət edib. 

O bildirib ki, oğlu Cavid Şirəliyev əsassız ittihamlarla həbs olunub. 

Müraciəti olduğu kimi təqdim edirik: 

"Hörmətli baş prokuror, cənab nazir!

Yazıb sizə bildirmək istəyirəm ki, oğlum Şirəliyev Cavid Ələsgər oğlu jurnalist fəaliyyətinə görə saxta və əsassız ittihamlarla şərlənib. 

DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa QarşıMübarizə İdarəsinin əməkdaşları isə bu iddialar və şikayətlərlə onu həbs ediblər. 

Onun barəsində heç bir hüquqi əsası olmayan iddia irəli sürülüb və Azərbaycan Respublikası CM-nin 182.2.1-ci maddəsi ilə qondarma cinayət işi açılıb. 

Bir ana kimi oğlumun qanunsuz olaraq həbsolunmasına görə çox narahatam. Onun peşə fəaliyyəti ilə bağlı həbs olunması qanunvericiliyin tələblərinə ziddir. 

Bundan başqa, oğlum Cavid Şirəliyevin həbsdə olması ailəmiz üçün böyük problemə çevrilib. Çünki biz onun himayəsində olmuşuq. Özüm ağırxəstəyəm. Həmçinin oğlumun himayəsində azyaşlıkörpə uşaq var. 

Hörmətli baş prokuror, cənab nazir!

Sizdən xahiş edirəm ki, bütün bunları nəzərə alıb qanunların sizə verdiyi səlahiyyətlər çərçivəsində oğlum Cavid Şirəliyev barədə başlanmış əsassız və qondarma cinayət işini ciddi nəzarətə götürüb qanunamüvafiq tədbirlər həyata keçirilməsinə göstəriş verəsiniz. 

Əvvəlcədən sizə təşəkkür edirəm.

Şirəliyeva Zahirə Ələsgər qızı"

Xatırladaq ki, senytabrın 1-də “7gun.az” saytının və “7 gun xəbər” qəzetinin rəhbəri DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Belə ki, “7gun.az”-ın rəhbəri ,hüquq müdafiəçisi Cavid Ələsgəroğlu Qazax rayonundakı evinin qarşısında bir qrup polis tərəfindən saxlanılaraq həbs olunub. Bu barədə Cavid Ələsgəroğlunun həyat yoldaşı Nuranə Alırzayeva məlumat verib. Onun sözlərinə görə, Bakı-Qazax sərnişin qatarından düşərək yenicə evinə gələn həyat yoldaşını yaşadığı mənzilin qarşısında həbs edərək Bakıya gətirilib. 

Baş redaktor barəsində 2 ay həbsqətimkan tədbiri seçilib. O, hazırda Kürdəxanı təcridxanasında saxlanılır. Ailəsi isə onunla bağlı məlumatları ancaq vəkili Elçin Sadıqov vasitəsilə ala bilir. 

Qeyd edək ki, Cavid Ələsgəroğlu 10 ildən artıqdır ki, 7gun.az xəbər portalına rəhbərlik edir. O həm də “7 gun xəbər” qəzetinin təsisçisidir.///7gun.az